RU
İsrail raketləri kosmosda vuracaq
01:00
550

İsrail raketləri kosmosda vuracaq

Ballistik raketləri kosmosda vurmağa qadir olan "Xets-3" komplekslər İsrail ordusunun istifadəsinə verilib.

Bu barədə İsrail Müdafiə Nazirliyinin açıqlamasında bildirilir.
 
Məlumata görə, "Xets-3" raket əleyhinə müdafiə sistemi İsrail Müdafiə Nazirliyi və ABŞ Raket Əleyhinə Müdafiə Agentliyinin birgə istehsal olunub və artıq İsrail Hərbi-Hava Qüvvələrinin arsenalına daxil edilib.
 
Qeyd edək ki, "Xets-3" raket əleyhinə müdafiə sistemi ötən il uğurla sınaqdan keçirilib./apa
 
7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ