İsrailin Müdafiə Ordusu bir gündə Livanın cənubunda "Hizbullah” hərəkatından üçüncü silahlı radikalın zərərsizləşdirildiyini bildirib.
Bu barədə Ordunun Mətbuat xidməti məlumat yayıb.
İsrail Ordusu bir gündə üçüncü dəfədir ki, Livanın cənubunda "Hizbullah” terrorçusunu məhv edib”, - məlumatda bildirilir.
Mətbuat xidməti radikalın Livan ərazisinin cənubundakı Aytarun qəsəbəsi ərazisində "pilotsuz uçuş aparatının köməyi ilə” zərərsizləşdirdiyini açıqlayıb.








