RU
İsrail:
01:25
1026

İsrail: "Suriyada Ələvistan dövləti var"

Suriyada müvəqqəti atəşkəs faydasız olacaq. Ölkə federal sistemə keçməlidir.

Bu sözləri İsrail Müdafiə naziri Moşe Yaalon deyib.

“Suriyada federalizmə oxşar quruluş olmalıdır. Suriyanın bütövlüyünün istənilməsi sadəcə arzudur. Bu, Suriya ilə bağlı sadəcə müsbət düşüncələrdir. Onsuz da Suriyada Bəşər Əsədin başçılıq etdiyi Ələvistan dövləti var, Suriya torpaqlarının 30 faizini əhatə edir. Türklər məmnun olmasa da, Kürdüstan adlı dövlət də mövcuddur. Problem isə İŞİD, Nüsrə Cəbhəsi və Əl Qaidə tərəfdarlarıdır”, - Yaalon vurğulayıb.

7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ