RU
İsrail Suriyadakı druzlara humanitar yardım göndərəcək
13:20
39

İsrail Suriyadakı druzlara humanitar yardım göndərəcək

İsrailin xarici işlər naziri Gideon Saar Suriyanın Əs-Süveyda şəhərindəki druzlara humanitar yardım göndərilməsi barədə göstəriş verib.

Bu barədə "Ynet” portalı yazıb.

G.Saar vəziyyətin ağır olduğunu bildirərək humanitar yardımın druzlara amansız hücumlardan zərər çəkmiş bölgələrə göndəriləcəyini qeyd edib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ