İsrail "Mavi Mərmərə" gəmisinə görə Türkiyəyə 20 milyon dollar kompensasiya ödəyəcək
İsrail 2010-cu ildə Türkiyənin "Mavi Mərmərə" gəmisi ilə baş vermiş insidentə görə 20 milyon dollar kompensasiya ödəyəcək. Kompensasiyanın 25 gün ərzində ödənilməsinə dair sənəd artıq imzalanıb.
2010-cu ildə Qəzzaya humanitar yardım aparan Türkiyə gəmisinə İsrail hərbçiləri hücum edərək 9 türk vətəndaşını öldürmüşdü. Bu insidentdən sonra tərəflər arasında yaranmış gərginliyə İsrail tərəfinin üzr istəməsi ilə son qoyulub./olke.az
7news.Az








