İsrail Birləşmiş Millətlər Təşkilatına (BMT) Yaxın Şərqdəki Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyinin (UNRWA) bağlanması üçün müraciət edib.
7NEWS.az xəbər verir ki, İngiltərənin "The Guardian” qəzetinin BMT rəsmilərinə əsaslanaraq hazırladığı xüsusi xəbərə görə, İsrail müraciəti ötən həftə edib. UNRWA-nın bağlanmasını və işçilərinin geniş miqyasda qida paylaması həyata keçirəcək müxtəlif BMT təşkilatlarına təyin edilməsini istəyən İsrailin müraciəti Baş Qərargah rəisi Herzi Halevi tərəfindən edilib. Qəzzaya göndəriləcək yardımla bağlı UNRWA ilə işləmək istəmədiyini bildirən İsrail, bölgəyə daha çox yardımın daxil olmamasında BMT-nin Qəzzadakı imkanlarını günahlandırdı.
7NEWS.az








