İsrail hökumətinin rəsmi "X” sosial şəbəkə hesabında İranın ali rəhbəri Əli Xameneiyə cavab verilib.
Xatırladaq ki, Əli Xamenei "X” sosial şəbəkə hesabında HƏMAS-ın İsrailə qarşı həyata keçirdiyi əməliyyatları dəstəkləyib.
"Təl-Əviv özünü qurban kimi göstərməyə çalışaraq Qəzzada insanların kütləvi şəkildə öldürülməsinə haqq qazandırmaq istəyir”, - deyə Əli Xamenei qeyd edib.
İsrail dövlətinin cavabında isə deyilir:
"Klaviatura arxasında gizlənib cəsarətli olmaq asandır. Siz və HƏMAS-dan olan dostlarınız çox tezliklə öz vəhşi hərəkətlərinizdən peşman olacaqsınız”.








