RU
İsraildə Holokost qurbanları anılır
14:30
170

İsraildə Holokost qurbanları anılır

İsraildə səhər saatlarında Holokost qurbanları yad edilib.

İnsanlar yol gedərkən ayaq saxlayıb, sürücülər də nəqliyyat vasitələrini saxlayıb siqnal veriblər. Bu, hər il Holokost Anma Günü İkinci Dünya müharibəsi zamanı nasistlər tərəfindən qətlə yetirilmiş 6 milyonadək yəhudinin xatirəsini yad etmək üçün keçirilən mərasimdir.

Bununla yanaşı, Milli Holokost Abidəsi, parlament və başqa məkanlarda matəm mərasimləri nəzərdə tutulur.

Ötən gün Baş nazir Naftali Bennet bu tarixi gün münasibətilə "Yad Vaşem" memorial kompleksindəki çıxışında dünya ölkələrini Holokaustu başqa faciələrlə müqayisə etməkdən daşınmağa çağırıb. Buna səbəb Ukrayna və Rusiya prezidentlərinin bu iki ölkə arasındakı müharibə ilə Holokaust arasında paralellər aparmaları olub./Report
 
7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ