İsraildə sahibindən qaçan öküz bank filialına girib.
Hadisə paytaxt Təl-Əvivin yaxınlığındakı Lod şəhərində baş verib.
Sahibindən qaçan öküz arxasınca gələn və onu tutmaq istəyən insanlardan təşvişə düşərək binaya daxil olub. Qaçarkən döşəmədə sürüşən heyvan dəhlizlərdə hərəkət etməyə başlayıb.
Bir müddət sonra sahibi öküzü tuta blib. Hadisə zamanı xəsarət alanın olmadığı bildirilir.








