Tel-Əvivdə terror nəticəsində həlak olanlardan biri 32 yaşlı Mila Mişiyeva 25 il əvvəl Bakıdan İsrailə gedib.
Bu barədə “İzRus” nəşri xəbər verir.
Həlak olan azərbaycanlının ailəsi Vyaçeslav və anası Rita, həmçinin qardaş və bacısı Aşkelonda yaşayıb. Milanın özü isə son zamanlar Rişon le-Çionda yaşayıb.
O, sabah saat 14:00-da Aşkelonda dəfn olunacaq.
Qeyd edək ki, Tel-Əvivin mərkəzində silahlı şəxslər yoldan keçənlərə atəş açıb. Terror aktı nəticəsində 4 nəfər həlak olub, ən azı 4 nəfər yaralanıb. Polis hücum edən şəxslərdən ikisini saxlayıb, onlardan biri xəstəxanaya yerləşdirilib./azvision
7news.Az








