Israil Qəzzada mülki avtomobili vurub.
7news.Az xəbər verir ki, buna səbəb Qəzzadan helium qazı ilə şişirdilən şarların İsrail torpaqlarına göndərilməsi olub.
Bundan sonra İsrail yenidən hava hücumlarına başlayıb. Bu hücumlar nəticəsində mülki avtomobilin vurulması barədə İsrail ordusunun sözçüsü Avichay Adrae açıqlama verib.
Açıqlamada bildirilir ki, hədəf alınan minik avtomobilinin sahibi İsrailə helium qazı ilə şişirdilmiş şarları göndərənlərdən biridir.
7news.Az








