RU
İsrailin baş naziri barəsində cinayət işi — Rüşvət və korrupsiya ittihamı
14:34
341

İsrailin baş naziri barəsində cinayət işi — Rüşvət və korrupsiya ittihamı

İsrailin baş naziri haqqında cinayət işi qaldırılıb.

Netanyahu rüşvət və korrupsiyada ittiham edilir.

İsrail mətbuatının xəbərinə əsasən polis məhkəməyə yazılı müraciət edib və aparılan istintaq nəticəsində Netanyahunun rüşvət və korrupsiyada şübhəli olduğunu qeyd edib. Bundan başqa istintaq haqqında mətbuat qadağası qoyulması istənilib.

Polisin tələbini dəyərləndirən məhkəmə Netanyahu haqqında aparılan bütün rüşvət işləri ilə bağlı 17 sentyabr tarixinə qədər mətbuat qadağası hökmü çıxarıb.

Mətbuatda dünən çıxan xəbərlərə əsasən Netanyahunun keçmiş müşavirlərindən olan Ari Harov baş nazir əleyhinə ifadə verib.

Bir gün əvvəl isə baş nazirin xanımı Sara da rüşvət ittihamı ilə bağlı polisə ifadə verib./olke.az
 
7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ