7NEWS.az xəbər verir ki, İsrailin baş naziri Benyamin Netanyahu əməliyyat olunacaq. İsrail Baş Nazirliyindən verilən açıqlamada, həkimlərin Netanyahuda "rutin müayinə zamanı" yırtıq aşkar etdiyi və Netanyahunun bu gün yırtıq əməliyyatı ediləcəyi bildirilib. Açıqlamada Netanyahunun əməliyyat zamanı narkoz ediləcəyi bildirilib və "Bu müddət ərzində baş nazirin müavini və ədliyyə naziri Yariv Levin baş nazir səlahiyyətlərini icra edəcək” ifadəsi işlədilib.
7NEWS.az








