RU
İsrailin hücumlarında itkilər artır: 'Qəzzada uşaqlar aclıqdan ölür'
16:14
24

İsrailin hücumlarında itkilər artır: 'Qəzzada uşaqlar aclıqdan ölür'


Ümumdünya Səhiyyə Təşkilatının baş direktoru Ghebreyesus, İsrailin hücumlarında ölənlərin sayının 30 min 631-ə yüksəldiyi Qəzzada qida çatışmazlığının 10 uşağın ölümünə səbəb olduğuna diqqət çəkdi.

7NEWS.az xəbər verir ki, Qəzza Səhiyyə Nazirliyi 2023-cü ilin oktyabrından İsrailin hücumu altında olan Qəzza zolağındakı vəziyyətlə bağlı açıqlama verib. Nazirliyin açıqlamasına görə, Qəzzada son 24 saatda daha 97 fələstinli həyatını itirib, 123 nəfər isə yaralanıb. Nazirlik, İsrailin 7 oktyabr 2023-cü ildən bu yana həyata keçirdiyi hücumlarda Qəzza zolağında 30 min 631 nəfərin öldüyünü, 72 min 43 nəfərin isə yaralandığını bildirib.

7NEWS.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ