RU
İsrailin hücumuna məruz qalan Qəzzada ölənlərin sayı 33 min 207-yə yüksəlib
17:17
26

İsrailin hücumuna məruz qalan Qəzzada ölənlərin sayı 33 min 207-yə yüksəlib


İsrail ordusunun 7 oktyabr 2023-cü il tarixindən etibarən Qəzza zolağında həyata keçirdiyi hücumlarda həyatını itirənlərin sayı 33 min 207 nəfərə yüksəlib.

7NEWS.az xəbər verir ki, Qəzzada Fələstin Səhiyyə Nazirliyindən verilən açıqlamada İsrailin Qəzza zolağına 185 gündür hücumları ilə bağlı məlumat verilib. Açıqlamada İsrail ordusunun Qəzza zolağına son 24 saatda həyata keçirdiyi hücumlarda daha 32 fələstinlinin həyatını itirdiyi, 47 fələstinlinin isə yaralandığı bildirilib.

7NEWS.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ