RU
İsrailin hücumundan sonra Beyrutun cənub ətrafında üç partlayış olub
13:00
41

İsrailin hücumundan sonra Beyrutun cənub ətrafında üç partlayış olub

İsrail Hərbi Hava Qüvvələrinin (HHQ) qırıcıları səhər saatlarında Livan paytaxtının ətrafındakı "Hizbullah" hədəflərinə hücumları bərpa ediblər.

Bu barədə TASS məlumat yayıb.

Qeyd edilib ki, İsrail HHQ-yə məxsus təyyarələr Beyrutun cənub ətrafındakı ərazilərə bir neçə zərbə endirib. Məlumata görə, azı üç partlayış baş verib.

Sakinlərin əksəriyyəti evlərini tərk edərək gecəni Beyrutun mərkəzi məhəllələrində keçirib.

 
 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ