7NEWS.az xəbər verir ki,İsrailin İranın nüvə proqramının beşiyi olan İsfahana hücum etməsi xəbərindən sonra dəyən zərərin hədəfi və ölçüsü ilə bağlı fərziyyələr səslənir, Tehran isə hücumun hava hücumundan müdafiə sistemləri tərəfindən zərərsizləşdirildiyini iddia edirdi. Ölkənin müxalif media qurumlarından biri olan "İran İnternational” və Britaniyanın BBC telekanalı tərəfindən təhlil edilən peyk məlumatlarına əsasən, hava bazasına dəyən ziyan dəlilləri aşkar edilib. Aprelin 15-də "Umbra Space” peyk təsviri şirkəti tərəfindən çəkilmiş görüntüdə Rusiya istehsalı olan dörd S-300 zenit-raket kompleksi və Şikari aviabazasının şimal-qərb küncündə yerləşən hava hücumundan müdafiə sisteminə aid digər maşınlar əks olunub. Cümə günü hücumdan sonrakı fotolarda mobil radar stansiyasının zədələndiyi görünür.
7NEWS.az








