İsralin paytaxtı Tel-Avivin müxtəlif bölgələrində atışma səsləri yüksəlib.
7news.Az İsrail mediasına istinadən xəbər verir ki, bir neçə qrup terrorçu Tel-Avivin müxtəlif rayonlarında odlu silahdan insanlara atəş açıblar.
Ortodoks yəhudi paltarı geyinmiş terrorçuların açdığı atəş nəticəsində 4 nəfərin öldüyü, 10 nəfərin yaralandığı bildirilir.
Məlumata görə, terrorçulardan biri polis tərəfindən vurulub və hazırda yaralı olaraq xəstəxanadadır. Hələlik terror aktını heç bir qruplaşma öz üzərinə götürməyib.
Polis sözçüsünün açıqlamasında, həmçinin hücumu həyata keçirdiyi iddiasıyla nəzarətə alınan iki nəfərin işğal altındakı İordan çayının cənubundakı Əl Xaliq şəhərində qeydiyyatda olan eyni ailədən 20 yaşlarında iki fələstinli olduğu bildirilir.
Digər bir məlumatda hadisədən sonra İsrailin Baş naziri Binyamin Netanyahunun Nazirlər Kabinetini fövqəladə toplantısını çağıracağı söylənilir.








