İsrailin Türkiyədəki səfirliyinin binasına silahlı hücum edən şəxsin kimliyi bəlli olub.
7News.Az Türkiyə KİV-ə istinadən xəbər verir ki, tutulmuş şəxsin 38 yaşlı Konya sakini Osman Nuri Çalışkan olduğu müəyyənləşib.
Osman Nuri Çalışkanın ilk ifadəsi zamanı hadisəni Yaxın Şərqdəki qanı dayandırmaq üçün etdiyini deyib.
Faktla bağlı araşdırmalar davam etdirilir.
14:05
İsrailin Türkiyədəki səfirliyinin binasına silahlı hücum olub.
7News.Az "Haberturk”ə istinadən xəbər verir ki, paytaxt Ankarada səfirliyin binasına iki silahlı hücum edib.
Məlumata görə, onlardan biri İsrail səfirliyinin mühafizə xidmətinin əməkdaşları tərəfindən zərərsizləşdirilib.








