RU
İstanbul-Bakı reysi ləğv edildi
14:57
527

İstanbul-Bakı reysi ləğv edildi

Son günlərdə onlarla reys ləğv edilib.

“Türk hava yolları” aviaşirkəti əlverişsiz hava şəraitinə görə yanvarın 16-a planlaşdırılmış İstanbul-Bakı reysini ləğv edib, aviaşirkətin saytında məlumat yayılıb.

Təyyarə İstanbuldan yanvar ayının 16-da yerli vaxtla saat 08:15-də uçmalı idi.

Müvafiq olaraq Bakıdan İstanbula geri uçacaq təyyarənin də yerli vaxt ilə saat 14.35-ə planlaşdırılmış reysi ləğv edilib.

“Türk hava yolları” aviaşirkəti son günlərdə əlverişsiz hava şəraitinə görə onlarla beynəlxalq və daxili reysləri ləğv edib./trend

7news.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ