RU
İstanbul terrorçularının üzərindən Rusiya pasportları çıxdı
21:52
1521

İstanbul terrorçularının üzərindən Rusiya pasportları çıxdı

Hazırda üçüncü terrorçu-kamekadzenin şəxsiyyətinin müəyyən edilməsi üzrə işlər aparılır.

İstanbul polisi Atatürk hava limanında partlayışlar törədən terrorçuların ikisinin şəxsiyyətini müəyyənləşdirib.

Özlərini partladan “canlı bombalar” Rusiya vətəndaşları Rakim Bulqarov və Vadim Osmanovdur. Hər iki yaraqlının üstündən şəxsiyyəti təsdiq edən Rusiya Federasiyasının pasportu aşkarlanıb.

Hazırda üçüncü terrorçu-kamekadzenin şəxsiyyətinin müəyyən edilməsi üzrə işlər aparılır.

Qeyd edək ki, Atatürk aeroportunun giriş və çıxışında, eləcə də avtomobil dayanacağında törədilən partlayışlar zamanı 44 nəfər ölüb, daha 239 nəfər isə yaralanıb.

Partlayışlara görə məsuliyyəti “İslam dövləti” (İŞİD) terror qruplaşması üzərinə götürüb./oxu

7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ