İstanbulda Yeni il gecəsi törədilən terror aktı ilə əlaqədar iki nəfər saxlanılıb.
7news.Az "Haberturk” telekanalına istinadən xəbər verir ki, saxlanılanlar uyğur əsilli Çin vətəndaşı Ömər Asim və Abulezi Abduhamitidir.
Saxlanılanlar İstanbul məhkəməsinə gətirilib.
Qeyd edək ki, Yeni il gecəsi naməlum şəxs İstanbulun Ortaköy rayonunda yerləşən "Reina” gecə klubuna hücum edib. 16 nəfər əcnəbi olmaqla, ümumilikdə 39 insan ölüb. Ölənlər arasında Səudiyyə Ərəbistanı, Mərakeş, Livan, Liviya, İordaniya və İsrail, Rusiya vətəndaşları olub.
Terrora görə məsuliyyəti "İslam dövləti” qruplaşması öz üzərinə götürüb.
7news.Az








