İstanbulda baş verən terror hadisəsindən sonra baş nazir Binəli Yıldırım təhlükəsizlik toplantısı keçirəcək.
Toplantı Binəli Yıldırımın sədrliyi altında Dolmabahçedə baş tutacaq.
Baş nazirlikdən verilən xəbərə görə Bakı vaxtı ilə saat 14:30 radələrində Binəli Yıldırımın sədrliyi altında təhlükəsizlik iclası keçiriləcək. İclas Baş nazirliyin Dolmabahçedeki binasında baş tutacaq. İclasa baş nazirin müavini Numan Kurtulmuş, daxili işlər naziri Süleyman Soylu, səhiyyə naziri Recep Akdağ, İstanbul valisi Vasip Şahin və İstanbul baş polis idarəsinin rəisi Mustafa Çalışkan qatılacaq./olke.az
7news.Az








