İstanbuldakı "Reina" gecə klubuna hücum nəticəsində 39 nəfər ölüb, 69 nəfər yaralanıb.
Bu barədə şəhərin valisi Vasip Şahin bildirib.
Bundan əvvəl hücum zamanı iki nəfərin öldürüldüyü bildirilirdi.
Vali törədilmiş hücumu terror aktı adlandırıb. Onun sözlərinə görə, gecə klubuna hücumda bir nəfər iştirak edib. Naməlum silahlı şəxs yerli vaxtla 01.15 radələrində Ortakoy rayonunda yerləşən Reina gecə klubuna yaxınlaşaraq, girişdə duran polis əməkdaşını və mülki şəxsi qətlə yetirib, sonra isə içəri daxil olaraq oradakı insanlara atəş açıb.
Hücum zamanı gecə klubunda 600-dək insan Yeni il bayramını qeyd edirmiş. /apa
7news.Az













