RU
İstanbulda 3 güclü zəlzələ oldu - Anbaan görüntülər - YENİLƏNİB
14:21
99

İstanbulda 3 güclü zəlzələ oldu - Anbaan görüntülər - YENİLƏNİB

İstanbulda 4,4 bal gücündə növbəti zəlzələ baş verdi.

Professor Doktor Naci Görür zəlzələnin Kumburqaz xəttində baş verək və enerji topladığını ifadə edib. O, insanları diqqətli olmağa və ehtiyatlı davranmağa çağırıb.

14:10

Xəbərə video əavə olunub.

13:59

 İstanbulda güclü zəlzələ qeydə alınıb.

Silivri sahillərində 4 ballıq zəlzələnin ardından İstanbulda 6.2 böyüklüyündə zəlzələ baş verib.  Zəlzələ ətraf ərazilərdə də hiss olunub.
 
 13:26

İstanbulda zəlzələ qeydə alınıb.

Milli.Az bu barədə Türkiyə mətbuatına istinadən xəbər verir. Zəlzələnin hiss olunduğu bildirilir və əhalidə narahatlıq doğurub.
 

AFAD-ın verdiyi açıqlamaya görə, Silivri bölgəsində, Mərmərə dənizinin sahillərində 3.9 bal gücündə zəlzələ baş verib. Zəlzələnin saat 12:13-də baş verdiyi və dərinliyinin 6.99 km olduğu ölçülüb. Kandilli Rəsədxanasının son paylaşımına əsasən, zəlzələnin gücü 4.0 olaraq açıqlanıb. Zəlzələ ətraf ərazilərdə də hiss olunub.

 





BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ