İstanbulda İŞİD terror təşkilatı ilə əlaqəli olmaqda şübhəli bilinən 54 xarici vətəndaş tutulub.
7news.Az-ın TASS agentliyinə istinadən verdiyi məlumata görə, onlar İstanbulun 13 rayonunda İŞİD-ə qarşı keçirilən xüsusi əməliyyat zamanı saxlanılıblat. Tutulanların hansı ölkə vətəndaşları olduğu bildirilmir.
Məlumat üçün qeyd edək ki, 2014-cü ildən etibarən Türkiyədə İŞİD-lə əlaqəli olmaqda şübhəli bilinən 5 mindən çox adam saxlanılıb, 3200 əcnəbi deportasiya edilib.
7news.Az







