RU
İstanbulda antiterror əməliyyatı
14:15
456

İstanbulda antiterror əməliyyatı

Bu gün gecə saatlarında İstanbulda İnqilabçı Xalq Azadlıq Partiyası Cəbhəsi (DHKP-C) və İŞİD-ə qarşı eyni vaxtda genişmiqyaslı əməliyyat keçirilib.

DHKP-C əməliyyatında 12, İŞİD əməliyyatında isə 50 nəfər şübhəli şəxs qismində saxlanılıb.

Digər tərəfdən İstanbul Polis İdarəsinin Terrorla Mübarizə Şöbəsi səhər saat 04:00 radələrində Ataşehir və Sarıyerdə DHKP-C-ə aid ünvanlarda əməliyyat keçirib.

Bir neçə yerdə aparılan əməliyyat nəticəsində ümumilikdə 66 nəfər saxlanılıb./axar

7news.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ