İstanbulda metro stansiyasının qarşısında faciə baş verib.
İdarəetməni itirən qadın sürücünün avtomobili metro stansiyasının girişi qarşısında gözləyən vətəndaşların arasına girib.
Qəza nəticəsində 1 nəfər ölüb, 3 nəfər yaralanıb. Yaralılar hadisə yerinə gələn təcili yardım maşınları ilə Kartal Eyitim və Araşdırma Xəstəxanasına aparılıb.
Hadisə yerinə gələn xilasetmə qrupları metronun divarı ilə maşın arasında sıxışan Firdevs İsirganın cəsədini çıxarıb. Avtomobilin sürücüsü isə saxlanılaraq polis şöbəsinə aparılıb./apa
7news.az








