RU
İstanbulda Azərbaycan-Türkiyə Jurnalistlərinin “Zəfər Görüşü” keçirilib
21:10
20

İstanbulda Azərbaycan-Türkiyə Jurnalistlərinin “Zəfər Görüşü” keçirilib

Dünən "İslahatçı Gənclər” İctimai Birliyi, Azxeber.com, Editor.az informasiya portallarının birgə təşkilatçılığı və Avrasiya Yerel Yönetimler Dərnəyinin dəstəyi ilə İstanbulda 8 noyabr- Zəfər Günü ilə bağlı Azərbaycan-Türkiyə Jurnalistlərinin "Zəfər Görüşü” adlı tədbir keçirilib.

7NEWS.Az xəbər verir ki, tədbirin keçirilməsində məqsəd müharibənin informasiya cəbhəsində Azərbaycan və Türkiyə media qurumlarının birgə fəaliyyətini müzakirə etmək, eyni zamanda, 44 günlük Vətən müharibəsi və ondan sonrakı dövrdə Azərbaycanın haqlı mübarizəsini Türkiyə və dünya ictimaiyyətinin diqqətinə çatdırılması prosesində aktivlik göstərən Azərbaycan- Türkiyə media qurumlarının təmsilçilərinin "Qarabağ Zəfəri” Milli Mükafatı ilə təltif etməkdir. Tədbirdə "İslahatçı Gənclər” İctimai Birliyinin sədri Fərid Şahbazlı, Azərbaycanın İstanbuldakı Konsulluğunun diplomatı Murad Balacayev, Azərbaycanın Mədəniyyət Nazirliyinin Bərdə Regional Mədəniyyət İdarəsinin rəisi Vəsilə Mövsümova, Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin üzvü Hacıbəy Heydərli, "Azxeber.com” informasiya portalının baş redaktoru Əfsələddin Ağalarov, Türkiyənin "CNN”, "Habertürk”, "AHaber”, "İhlas”, ",TGRT haber”, "TRT Haber” "TV100”, "Akit TV”, Ulusal Kanal, "NTV”, "TRT World”, "24 TV” kimi tanınmış televiziyaların təmsilçiləri, Azərbaycan mediasının Türkiyədə akkreditə olan təmsilçiləri iştirak ediblər.
Çıxış edənlər bildirib ki, 44 günlük Vətən müharibəsi yalnız ön cəbhədə deyil, informasiya cəbhəsində də gedib. Arxa cəbhədə Azərbaycan və Türkiyə jurnalistləri birgə hərəkət edərək Ermənistanın Azərbaycana qarşı müharibə cinayətləri, Azərbaycanın haqlı mübarizəsini Türkiyə və dünya ictimaiyyətinin diqqətinə çatdırıblar. Çıxış edən Azərbaycan və Türkiyədən olan media nümayəndələri bildirib ki, bundan sonra da Türkiyə-Azərbaycan mediasının yaxından əməkdaşlıq etməsinə ciddi ehtiyac var. Konsulluq təmsilçilisi Murad Balacayev isə qeyd edib ki, Türkiyə mediasının 44 günlük Vətən müharibəsi həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında mühüm xidmətləri var.

Tədbirin sonunda isə türk jurnalistləri və Azərbaycanın Türkiyədə akkreditə olunmuş media qurumları nümayəndələri "Qarabağ Zəfəri” Milli Mükafatı ilə təltif olunub.
 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ