İstanbulda polisin narkotik satışı ilə məşğul olan şəxslərə qarşı keçirdiyi əməliyyat başa çatıb.
7News.Az-ın “Anadolu” Agentliyinə istinadən verdiyi məlumata görə, polisə atəş açan bir silahlı öldürülüb.
Qeyd edək ki, atışmada hadisənin baş verdiyi ərazinin - Arnavutköyün polis bölməsinin rəisi və digər bir polis əməkdaşı yaralanıb.
Yaralılar xəstəxanaya yerləşdirilib.








