Atatürk Hava Limanındakı terror aktını İŞİD törədib.
7News.Az xəbər verir ki, bunu Türkiyənin baş naziri Binəli Yıldırım deyib.
Baş nazir vurğulayıb ki, ən qısa zamanda terror aktı ilə bağlı ətraflı məlumat veriləcək. O, diqqətə çatdırıb ki, əlamətlərinə görə, bu terror İŞID tərəfindən törədilib.
Saytımızın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, ölənlərin sayı 36 nəfərə çatıb.
Lakin ABŞ mətbuatı dalbadal baş verən terrorda ölənlərin sayının 50-ə çatdığını iddia edir.
Bəzi KİV-lərdə isə öldürülmüş terrorçuların fotoları yayımlanıb.

Xatırladaq ki, terror aktı iyunun 28-də gecə saatlarında İstanbuldakı Atatürk Hava Limanının beynəlxalq terminalında törədilib.
Terror hadisəsi ilə bağlı ən son videonu təqdim edirik. Əsəbi və ürəyi zəif olanlar baxmasınlar








