Türkiyənin İstanbul şəhərində plastik məmulatlar fabrikində partlayış baş verib.
Partlayış nəticəsində 4 nəfər yaralanıb.
Partlayışdan sonra güclü yanğın başlayıb. Hadisə yerinə 25 yanğınsöndürənlər və 15 tibbi yardım maşınları cəlb olunub. Hadisədən sonra da kiçik partlayışların olduğu bildirilir.
Hələlik hadisənin qəza nəticəsində baş verdiyi, yaxud terror aktı olduğu bilinmir. Hadisənin səbəbləri araşdırılır./olke.az
7news.Az








