RU
İstanbulda əməliyyat nəticəsində 13 şübhəli tutuldu
16:20
59

İstanbulda əməliyyat nəticəsində 13 şübhəli tutuldu

İstanbul Respublika Prokurorluğu tərəfindən DHKP-C silahlı terror təşkilatının fəaliyyətinin üzə çıxarılması istiqamətində istintaq tədbirləri aparılıb.

7News.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, tədbirlər çərçivəsində 13 şübhəli yaxalanıb.
 
Belə ki, Tacəddin Erol Ş. adlı şübhəlinin rəqəmsal faylları üzərində edilən araşdırmalar nəticəsində başqa 23 şübhəlinin "DEV-GENÇ" strukturunun ildönümü tədbirinə qatıldığı məlum olub.
 
Həmin tədbir onların öz sosial media hesabında paylaşılıb.
 
Qeyd edək ki, 6 Fevral 2024-cü ildə Çağlayan Ədliyyəsinə qarşı terror aktı törədən və zərərsizləşdirilən terrorçu Pınar Birkoçun da Tacəddinlə birgə fəaliyyətlərinin mövcud olduğu təsbit edilib.
 
 
 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ