Türkiyənin İstanbul şəhərinin Yenibosna rayonunun "Şirinevler 75 il" polis mərkəzi yaxınlığıda partlayış olub.
7news.Az "Haber7"yə istinadən xəbər verir ki, hadisə yerinə çox sayda polis qüvvəsi cəlb edilib.
Məlumata görə, partlayıcı qurğu quraşdırılmış avtomobillə polis məntəqəsinə hücum olub.
İlkin məlumata görə, biri ağır olmaqla 5 nəfər yaralanıb.
Partlayışın törədilməsinin səbəbi hələlik məlum deyil.








