Türkiyə təhlükəsizlik qüvvələri İstanbulda İsrail baş konsulluğunun qarşısında xüsusi təyinatlı polis qüvvələrinə hücum edən terrorçularla əlaqədə şübhəli bilinən 17 nəfəri saxlayıb.
Bu barədə "Demirören" agentliyi məlumat yayıb.
Daha əvvəl hadisə ilə bağlı on iki nəfərin saxlanıldığı barədə açıqlama verilmişdi.
Xatırladaq ki, insident zamanı terrorçulardan biri öldürülüb, ikisi yaralanıb. Həmçinin iki polis əməkdaşı xəsarət alıb.








