RU
İstanbulda naməlum şəxslər kafeyə
09:42
345

İstanbulda naməlum şəxslər kafeyə

Türkiyənin paytaxtı İstanbulda 3 naməlum şəxs kafeyə uzunlüləli silah istifadə etməklə hücum ediblər.

7News.Az-ın "Milliyet" qəzetinə istinadən verdiyi məlumata əsasən, hadisə yerli vaxtla saat 20:00-da baş verib.

Hadisə nəticəsində 4 nəfər yaralanıb. Yaralıların hamısı yaxınlıqdakı xəstəxanaya çatdırılıb. Onlardan birinin vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı polis araşdırma aparır. Hücum edənlərin tutulması üçün keçirilən əməliyatda helikopter iştirak edir.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ