RU
İstanbulda silah anbarında partlayış olub - FOTO/VİDEO
14:15
82

İstanbulda silah anbarında partlayış olub - FOTO/VİDEO

Türkiyənin İstanbul şəhərində Quru Qoşunları Komandanlığının Tuzla Piyada Məktəbi kampusunda partlayış baş verib.

Hadisə yerli vaxtla gecə saat 02:00 (Bakı vaxtı ilə gecə saat 01:00) radələrində 41-ci İstismar və Təmir Departamentinin Ar-Ge bölməsində silah-sursat anbarında baş verib, ardınca yanğın başlayıb.

 

İstanbulun bir çox yerində eşidilən partlayış səsləri narahatlıq doğurub.

Hadisə yerinə çoxlu xilasedici göndərilib. Yanğınsöndürənlərin səyi ilə yanğın təxminən bir saat ərzində nəzarətə götürülüb.

Partlayışın səbəbi araşdırılır.

Türkiyənin Milli Müdafiə Nazirliyi hadisə nəticəsində ölən və yaralananın olmadığını bəyan edib.

 

Mənbə: Milliyet

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ