RU
İstanbulda terrorda ölənlər arasında azərbaycanlı yoxdur
20:52
228

İstanbulda terrorda ölənlər arasında azərbaycanlı yoxdur

Baş Konsulluq İstanbul Polis İdarəsi ilə əlaqə saxlayıb.

İstanbulda baş vermiş partlayış nəticəsində ölən və yaralananlar arasında Azərbaycan vətəndaşları yoxdur.

7news.az xəbər verir ki, bu barədə APA-ya İstanbuldakı Baş Konsulluqdan bildiriblər.

“İstanbul Polis İdarəsi ilə əlaqə saxlamışıq. Ölən və yaralananlar arasında Azərbaycan vətəndaşlarının olması ilə bağlı hər hansı məlumat yoxdur,” - deyə konsulluqdan qeyd ediblər.

Xatırladaq ki, bu gün İstanbulun Sultanəhməd meydanında baş vermiş partlayış nəticəsində 10 nəfər ölüb, 15 nəfər xəsarət alıb.

7news.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ