İstanbulun Pendik rayonunda yük gəmisində yanğın baş verib, 15 ekipaj üzvü təxliyə olunub.
Hadisə yerində yanğınsöndürmə briqadaları işləyir, həmçinin dəniz polisi də cəlb olunub.
İlkin məlumatlara görə, yanğın nəticəsində xəsarət alan olmayıb.
Gəmidə baş vermiş yanğının səbəbi hələ ki müəyyən edilməyib./publika
7News.Az









