Yanvarın 1-də İstanbulun Ortaköy rayonundakı "Reina” gecə klubunda törədilən terror aktı ilə əlaqədar Azərbaycanın baş konsulluğunda "qaynar xətt” yaradılıb.
7news.Az AzərTaC-a istinadən xəbər verir ki, ilkin məlumata görə, yaralılar arasında Azərbaycanın iki vətəndaşı olub. Onlardan biri artıq evə buraxılıb.
Azərbaycanın İstanbuldakı baş konsulu Məsim Hacıyev bildirib ki, həmin şəxslərin şəxsiyyətinin müəyyənləşdirilməsi, o cümlədən zərərçəkənlər arasında digər vətəndaşlarımızın olub-olmaması istiqamətində araşdırmalar davam etdirilir.
Xatırladaq ki, terror aktı nəticəsində həlak olan 39 nəfərdən 21-nin şəxsiyyəti müəyyənləşdirilib. Onlardan 15-i xarici ölkə vətəndaşlarıdır. Xəsarət alan 65 nəfərdən dördünün vəziyyəti ağırdır.
7news.Az








