RU
İstanbuldakı qorxunc gecənin şahidi: “Avtomatla insanları biçirdilər”
11:17
2832

İstanbuldakı qorxunc gecənin şahidi: “Avtomatla insanları biçirdilər”

Yeni il gecəsi İstanbulda "Reina” gecə klubunda baş verən terror hadisəsinin şahidlərindən biri də Sinem Uyanıkdır.

Sinem həmin dəhşətli anları belə xatırlayır: "Həyat yoldaşımla oradaydıq. Əylənirdik. Birdən çaxnaşma düşdü. Camaat bir-birini tapdalayıb qaçırdı. Ərim mənə qorxma dedi. Üstümə yıxıldı. Ərimə 3 güllə dəydi. Kabus kimi bir gecə idi. İki nəfər avtomatla qarşısına keçəni biçirdi. İçərini barıt iyi bürümüşdü. Həyəcandan özümdən getdim. Ayılanda ərimi qan içində gördüm. Ətrafda insanlar hamısı qan içindəydi”./publika
 
7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ