RU
İstanbuldakı terrora görə bir nəfər tutuldu
16:55
403

İstanbuldakı terrora görə bir nəfər tutuldu

İstanbulda törədilən terrora görə bir nəfər şübhəli şəxs qismində tutulub.

Bunu Türkiyənin daxili işlər naziri Efkan Ala bildirib. Onun sözlərinə görə, terror nəticəsində yaralanan 15 nəfərdən 11-i hazırda xəstəxanada müalicə olunur: `Onların 10-u Almaniya, biri Norveç, biri isə Peru vətəndaşıdır.

Almaniyadan olan iki yaralının vəziyyəti ağırdır.

Qeyd edək ki, bu gün həmçinin Almaniyanın daxili işlər naziri Tomas de Mezyer terrorda həlak olanların xatirəsini yad etmək və ölkəsinin başsağlığını Türkiyə rəsmilərinə çatdırmaq üçün İstanbula gəlib./azvision

7news.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ