İstanbulun "Reina” gecə klubunda baş verən terror hadisəsi ilə əlaqədar saxlanılanların sayı 14-ə çatıb.
7News.az-ın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, İstanbul Terrorla Mübarizə İdarəsi əməkdaşları tərəfindən daha 6 nəfər saxlanılıb. Bundan əvvəl hadisə ilə əlaqədar saxlanılan 8 nəfər dindirilir.
İdarədən bildirilib ki, hadisəni törədən şəxsin görüntüləri KİV-də yayılandan sonra hüquq-mühafizə orqanlarına yeni məlumatlar daxil olur.
Polis axtarışın əhatə dairəsini genişləndirib.
7News.az








