7News.Az "Hürriyet"ə istinadən xəbər verir ki, İstanbulda yaşanan terror hadisəsində ağır yaralanan ve yerləşdirildiyi xəstəxanada əvvəlki gün həyatını itirən Selin Çelikin (28) partlayışdan 3 dəqiqə əvvəl dostlarına "Gəlirəm" deyə mesaj atdığı ortaya çıxdı.
Selinin qohumu Çağla Çelik "Twitter"dən "Siz elə bilirsiniz ki, sizin başınıza gəlməz. Həmişə tanımadığınız insanlar öləcək. Canım əzizim mənim..." deyə yazdı.
Çağla Çelik sözlərinə belə davam etdi:
"Canım Selin Çelik hadisə anında Beşiktaşda marşrutdaydı. Partlayışdan cəmi 3 dəqiqə əvvəl dostlarına, gəlmək üzrə olduğunu yazmışdı. Aparıldığı xəstəxanada müdaxilə edən həkim, xoşbəxtlikdən qohumuma zəng vuran qrupdakı dostlardan birinin dostu idi. Selin çox bəyənərək etdirdiyi kəpənək döyməsindən tanındı. Gülərüzlü, təmiz qəlbli qohumum 15.20 sularında vəfat etdi."








