İstanbulda zorla fahişəliyə məcbur edilən azərbaycanlı qadın həbs olunub.
İstanbulun Silivri bölgəsində polisin 5 hotel və 7 əyləncə məkanında keçirdiyi əməliyyat nəticəsində zorla fahişəliyə məcbur edilən 84 əcnəbi qadın həbs edilib. Qadınların 13-də QİÇS, hepatit C kimi yoluxucu xəstəliklər aşkarlanıb.
Həbs olunan qadınlar arasında 27 Moldova, 27 Ukrayna, 10 Mərakeş, 6 Belarus, 5 Rusiya, 4 Gürcüstan, 2 Özbəkistan, 1 Ermənistan, 1 Qırğızıstan, 1 Azərbaycan vətəndaşı var. Qadınların ən kiçiyinin 20, ən böyüyünün isə 44 yaşı var.
Hazırda qadınların nə qədər insana QİÇS və digər yoluxucu xəstəliklərə yoluxdurduğu araşdırılır./publika.az
7news.Az








