İstanbulda "Reina" gecə klubunda terror hücumu reallaşdıran təcavüzkarın 20 noyabrda Qırğızıstandan İstanbula gəldiyi, 22 noyabrda Konyaya yerləşdiyi və 29 dekabrda da hücum üçün İstanbula getdiyi öyrənilib.
7News.az Milliyet-ə istinadən xəbər verir ki, terroristin nəzarətə alınan həyat yoldaşı: "Hücumu televiziyadan öyrəndim. İŞİD üzvü olduğu deyilən həyat yoldaşımın terror qruplaşmasına simpatiyası olduğunu belə bilmirdim", - deyib.
Konyada əmlakçı vasitəsilə aylıq 1.100 TL ödəyərək mənzil kirayələyən terrorçu 3 aylıq kirayə pulunu da öncədən nəğd ödəyib. Həyat yoldaşı terrorçunun iş tapmaq məqsədi ilə Konyaya gəldiyini söyləyib.
7News.az







