RU
“İstedadlı gənclərin üzə çıxarılması” layihəsi çərçivəsində təlim baş tutdu
11:07
489

“İstedadlı gənclərin üzə çıxarılması” layihəsi çərçivəsində təlim baş tutdu

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirilən “İstedadlı gənclərin üzə çıxarılması” layihəsi çərçivəsində YAP Gənclər Birliyi ofisində ilk təlim keçirilib.

Tədbirin açılışında layihə rəhbəri Aydan Əbdülbağıyeva gəncləri salamlayaraq bildirib ki, bu layihənin əsas məqsədi ölkəmizin istedadlı gənclərinin aşkar olunması, onların inkişafı üçün əlverişli şərait və imkanların yaradılması istiqamətində aparılan tədbirlərə gənclərin də qoşulmasını təbliğ etməkdir: “Azərbaycan gəncliyi istedadlıdır. Bəzi hallarda onlar öz istedadlarını üzə çıxarmaqda çətinlik çəkirlər. Reallaşdırdığımız bu layihə çərçivəsində biz istedadlı gəncləri kəşf edərək onlara öz istedadlarını sərgiləməsi üçün imkan yaratmağa çalışırıq”. Onun sözlərinə görə, layihənin əsas ideyasını gənclərin təlim uğursuzluqlarının aradan qaldırılması ilə bağlı maariflənmə işinin yüksək dərəcədə təbliğ edilməsi və bu işə gənclərin özünün də cəlb olunması təşkil edir. Layihə rəhbərinin çıxışından sonra təlimçi tərəfindən gənclərə mövzu ilə bağlı ətraflı məlumat verilib. İştirakçı gənclər onları maraqlandıran sualları təlimçiyə ünvanlayaraq cavab alıblar. Sonda iştirakçılara layihə ilə bağlı bukletləri paylanılıb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ