RU
“İstədiyim yerə gedib-gələ bilirəm”
01:53
528

“İstədiyim yerə gedib-gələ bilirəm”

Xalq artisti Ramiz Əzizbəylinin səhhəti nisbətən yaxşılaşıb.

7news.az-ın məlumatına görə, bu barədə aznews.az-a aktyorun özü məlumat verib. O bildirib ki, müalicəsi ev şəraitində davam etdirilir:

“İndi yaxşıyam. Narahatçılığa əsas yoxdur. Artıq istədiyim yerə gedib-gələ bilirəm”.

Sənətkar qeyd edib ki, bir neçə müddət bundan öncə dəvət aldığı filmin çəkilişləri hələ başlamayıb:

“Filmdən hələ xəbər yoxdur. Çəkiliş başlayan kimi xəbər edəcəklər. İnanıram ki, uğurlu bir film alınacaq”.

Xatırladaq ki, R.Əzizbəyli 2014-cü ilin fevralında şəxsi avtomobilində qəza keçirib. Beyin insultu keçirən sənətkar iki ilə yaxındır ki, xəstəliyi ilə bağlı müalicə olunur.

7news.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ