RU
İstədiyimiz an dərimizi dəyişə biləcəyik
15:49
621

İstədiyimiz an dərimizi dəyişə biləcəyik

Bəzi canlıların ətraf mühitə uyğun olaraq dərilərinin rəngini dəyişdiyi çoxlarına məlumdur. Artıq insanlar da isədikləri vaxt, istədikləri anda öz dərilərini kənardakı əşyaların rənginə uyğun olaraq dəyişə biləcək. Həm də bir göz qırpımında .
İllərdir, elektro-xrom dəri layihəsi üzərində işləyən ABŞ-ın Stenfor universitetinin tədqiqatçıları demək olar ki, nəticə əldə etmək üzrədir. Xüsusi özəlliklərə sahib olan elekton dəri onu istifadə edən insanlar üçün bir sıra üstünlüklər yaradır. Bu dərinin kiçik bir hissəsini qolumuza yapışdırmaqla dünyada baş verən istənilən hadisədən dərhal xəbər tutmaq mümkün olacaq.
Ağıllı dərinin heç şübhəsiz ən çox diqət çəkən özəliyi isə rəngini bir göz qırpımında dəyişə bilməsidir. Bu dəri ilə bədənini örtən hər bir insan öz istəyinə uyğun olaraq getdiyi hər bir məkanın rənginə uyğun dəri tonuna malik ola biləcək.

Bu dəri vasitəsilə insanlar əsəb sistemlərinin də hansı səviyyədə olduğunu anbaan izləyə biləcək. Elektron dəri insan dərisindəki sinir hüceyrələrini təhlil edib, yekun nəticəni öz istifadəçisinin diqqətinə çatdıra bilir. Amma tədqiqatçılar bu məhsulun kütləvi satışa çıxarılmasına tələsmir. Təkmilləşdirmə prosesində olan ağıllı dərinin insanların gündəlik həyatına hansı əks-təsirləri göstərə biləcəyi araşdırılır. /atv

7news.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ