RU
İstehlaka yararsız qənnadı məmulatları məhv edilib
13:30
214

İstehlaka yararsız qənnadı məmulatları məhv edilib

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) istehlaka yararsız qənnadı məmulatlarını məhv edib.

AQTA-dan 7News.Az-a verilən məlumata görə, fiziki şəxs Məmmədova Sevinc Nuhbala qızının Agentliyə müraciəti əsasında istehlaka yararsız və istifadə müddəti bitmiş ümumi çəkisi 300 kq qənnadı məmulatları "Təhlükəli Tullantılar” MMC-yə məxsus tullantıların zərərsizləşdirilməsi poliqonunda məhv edilib.

AQTA əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi üçün ardıcıl tədbirlərini davam etdirir.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ